Modern.az

Paytaxtın sabiq meri HƏBS OLUNUB

Paytaxtın sabiq meri HƏBS OLUNUB

Dünya

3 Sentyabr 2024, 14:39

RF İnquşetiya Daxili İşlər Nazirliyi paytaxt Maqasın keçmiş merinin Usman Auşev Çeçenistanın paytaxtı Qroznıda saxlanılaraq həbs olunduğunu açıqlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, idarədən onun korrupsiya cinayətinə görə axtarışa verilməsinə aydınlıq gətirilib.

 

Vəzifəli şəxsə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsi) və dələduzluq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi) maddələri ilə iş açılıb.

 

Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məmur Maqasda xarici elektrik təchizatı şəbəkələrinin təmiri və dəyişdirilməsi üçün şişirdilmiş smetaları təsdiqləyib. Nəticədə bələdiyyə büdcəsinə 1,99 milyon rubl ziyan dəyib.

 

"Bundan sonra mer öz istəyi ilə istefa verib və İnquşetiyadan kənarda gizlənib”, - qurumdan bildirilib.

 

Usman Auşev 2020-ci ilin iyununda İnquşetiyanın paytaxtına rəhbərlik edib. 2021-ci ilin fevralında şəhər şurası onu mer vəzifəsinə təsdiqləyib. 2023-cü ilin fevralında Auşev erkən təqaüdə çıxıb.

 

Təyin olunmazdan əvvəl o, İnquşetiya Respublikasının Xeyriyyə Fondları Assosiasiyasının prezidenti olub.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza