Modern.az

Zelenski onu işdən çıxardı 

Zelenski onu işdən çıxardı 

Dünya

4 Sentyabr 2024, 00:55

Ukrayna prezident aparatının rəhbərinin müavini Rostislav Şurma işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.

 

O, 2021-ci ildən tutduğu vəzifəsini tərk edib. Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina və Ukraynanın baş nazirinin müavini və reinteqrasiya naziri İrina Vereşçuk da istefa veriblər.

 

“Ukrayinska Pravda” mənbələrə istinadən yazır ki, Ukrayna prezidentinin aparatının rəhbərinin müavini vəzifəsinə strateji sənayelər naziri Aleksandr Kamışin təyin oluna bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza