Rusiyada MDB liderlərinin qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır.
Modern.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, sammit Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı parad ərəfəsində keçiriləcək.
Peskov qeyd edib ki, eyni vaxtda “bir çox digər ikitərəfli təmaslar” da nəzərdə tutulub.