Modern.az

Rusiya Lvovu vurdu - 3 nəfər həyatını itirib, 25 yaralı var

Rusiya Lvovu vurdu - 3 nəfər həyatını itirib, 25 yaralı var

Dünya

4 Sentyabr 2024, 09:39

Rusiya ordusu Ukraynanın Lvov vilayətinə zərbə endirib.

 

Modern.az xəbər verir ki, 3 nəfər həyatını itirib, ən azı 25 nəfər yaralanıb, binalara ziyan dəyib.

 

Lvova raket hücumu səhər tezdən həyata keçirilib. Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib ki, zərbə nəticəsində 3 nəfər, o cümlədən 14 yaşlı qız həlak olub, azı 25 nəfər yaralanıb.

 

Həmçinin iki məktəb binasına ziyan dəyməsi və yaşayış binalarında yanğınların baş verməsi barədə məlumatlar var.

 

İlkin məlumatlara görə, zərbələrin Rusiyanın “Kinjal” hipersəs raketləri ilə endirilməsi ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza