Modern.az

Dmitri Kuleba da istefa ərizəsi yazdı

Dmitri Kuleba da istefa ərizəsi yazdı

Dünya

4 Sentyabr 2024, 09:45

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk özünün sosial şəbəkə hesabında paylaşım edib.

 

“Ukrayinska Pravda” nəşri öz mənbələrinə istinadən yazır ki, onun yerinə müavini Andrey Sibiqa gətirilə bilər.

 

Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska və Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval istefa ərizəsi yazdıqlarını bəyan ediblər.

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza