Modern.az

Rusiyanın Poltavaya zərbəsi 53 nəfərin həyatına SON QOYUB

Rusiyanın Poltavaya zərbəsi 53 nəfərin həyatına SON QOYUB

Dünya

4 Sentyabr 2024, 12:12

Ukraynanın Poltava bölgəsində təhsil müəssisəsinə Rusiya qüvvələrinin zərbəsi nəticəsində 53 nəfər həlak olub.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

 

“271 nəfər xəsarət alıb, 25 nəfər xilas edilib, onlardan 11-i dağıntılar altından çıxarılıb. Yenilənmiş məlumatlara görə, dağıntılar altında daha 5 nəfər ola bilər”, - deyə məlumatda bildirilir.


Hücum nəticəsində bina qismən dağılıb, 3 yaşayış binası, 5 fərdi yaşayış evi və 1 inzibati binaya ziyan dəyib. Xilasetmə işləri davam edir.

 

Rusiya ordusu Poltavaya endirilən zərbə ilə bağlı rəsmi açıqlama verməyib.

Bu xəbər ilə bağlı
Rusiya Lvovu vurdu - 3 nəfər həyatını itirib, 25 yaralı var
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza