Modern.az

Ermənistan BRICS sammitində iştirak edəcək

Ermənistan BRICS sammitində iştirak edəcək

Dünya

4 Sentyabr 2024, 12:38

Ermənistan Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.



Modern.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.

 

“Bəli, Ermənistan tərəfi də sammitdə iştirak edəcək”, - o deyib.

 

Səfəryan sammitdə Ermənistanı konkret kimin təmsil edəcəyini dəqiqləşdirməyib.

 

Xatırladaq ki, sammit oktyabrın 22-24-də Kazanda keçiriləcək.



Qeyd edək ki, BRİKS qrupu üzv ölkələr arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

 

Hazırda BRİKS-in 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza