Modern.az

Gürcüstanın Avropa İttifaqına daxil olması DAYANDIRILDI

Gürcüstanın Avropa İttifaqına daxil olması DAYANDIRILDI

Dünya

4 Sentyabr 2024, 16:56

Gürcüstanda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunun qəbulu xalqın hüquqlarını pozmaqla yanaşı, cəmiyyətdə diskriminasiyaya səbəb olacaq.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano məlumat verib.

 

O bildirib ki, Avropa İttifaqı Gürcüstan hökumətini sözügedən sənədə yenidən baxmağa çağırır. Çünki Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olacaq sənədin müzakirəsi zamanı təmsil etdiyi qurumun rəyi soruşulmayıb.

 

Peter Stano ölkənin Aİ-yə üzvlüyü prosesinin faktiki olaraq dayandırıldığını xatırladıb və rəsmi Tbilisini yenidən bu siyasətin bərpasına çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza