80-dən çox deputat Emmanuel Makronun Fransa prezidenti vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qətnamə imzalayıb.
Modern.az xəbər verir ki, “Franceinfo”nun məlumatına görə, “Yeni Xalq Cəbhəsi” blokunun 81 deputatı Makronun impiçmenti ilə bağlı qətnaməni imzalayıb.
Telekanalın məlumatında deyilir ki, qətnaməni imzalayanlardan 72 deputat “Məğlubedilməz Fransa” partiyasındandır.
Bildirilir ki, qanunvericiləri belə hərəkətlərə prezidentin alyansı təmsil edən siyasətçini ölkənin baş naziri təyin etməkdən “görünməmiş şəkildə” imtina etməsi sövq edib.
Telekanal əlavə edib ki, növbəti addım qətnamənin təklifin məqbul olub-olmadığını yoxlamaq üçün Milli Assambleyanın ofisinə göndərilməsi olacaq.