Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Makedoniyaya gedib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Fidan baş nazir Hristijan Mickoski, parlament sədri Afrim Qaşi və həmkarı Timko Muçunsk ilə görüşəcək.
Fidan təmasları zamanı regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Görüşlər zamanı Ankara ilə Skopye arasındakı əlaqələr bütün aspektlərdə dəyərləndiriləcək. Təhlükəsizlik məsələləri, xüsusilə FETÖ ilə mübarizə müzakirə olunacaq.
Şimali Makedoniyadakı türk icması ilə bağlı məsələlər də gündəmdə olacaq. Hakan Fidanın səfəri zamanı iqtisadi əlaqələr və tikinti, enerji və infrastruktur kimi müxtəlif sektorlarda əməkdaşlığın gücləndirilməsi də müzakirə olunacaq.