Qazaxıstana qaçan rusiyalı fərari yenidən ölkəsinə aparılaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Modern.az "Novaya Gazeta"ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan Kamil Qasımov Ukrayna ilə müharibə başlamazdan əvvəl Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
Müharibədən sonra o, müqaviləni poza bilməyib və 2023-cü ildə hərbi hissədən qaçıb, sonda Qazaxıstana sığınıb.
Astanada işə düzəlib, orada 2024-cü ilin aprelində - Rusiya hərbi müstəntiqinin iştirakı ilə birbaşa iş yerində saxlanılıb.
Qasımovun mülki ixtisası qrafik dizaynerdir. O, Qazaxıstandan Rusiyaya aparılıb, Omskda mühakimə olunub, 6 il həbs cəzası alıb. Qasımovun özü Tümendə anadan olub və təhsil alıb.