Modern.az

Türkiyədəki keçmiş səfir xarici işlər naziri təyin edildi

Türkiyədəki keçmiş səfir xarici işlər naziri təyin edildi

Dünya

5 Sentyabr 2024, 15:20

Ukrayna Ali Radası Andrey Sibiqanı XİN başçısı vəzifəsinə təsdiqləyib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, Andrey Sibiqa yeni xarici işlər naziri təyin edilib.

 

Onun təyin olunmasına 258 xalq deputatı səs verib. Sibiqanın namizədliyi ilə bağlı layihəni prezident Volodimir Zelenski təqdim etmişdi.

 

O, postda Dmitro Kulebanı əvəz etmiş olacaq.

 

Sibiqa bundan əvvəl XİN başçısının birinci müavini, 2016-2021-ci illərdə isə Ukraynanın Türkiyədəki səfiri olub.

Bu xəbər ilə bağlı
Zelenski Kulebanın yerinə nazir postuna onu TƏKLİF ETDİ
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri