Modern.az

Ararat Mirzoyan məhkəməyə çağırıldı

Ararat Mirzoyan məhkəməyə çağırıldı

Dünya

5 Sentyabr 2024, 17:34

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə çağırılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mirzoyanın döyülməsi işi üzrə dindirilib.

Təqsirləndirilən şəxs Avropa çempionu Torqom Asatryandır. Torqomun atası israr edir ki, oğlu Mirzoyanı vurmayıb. 10 şahid dindirilib, onlardan heç biri Torqomun iddia edilən cinayəti ilə bağlı ifadə verməyib.

Xatırladaq ki, 44 günlük müharibənin başa çatması ilə bağlı üçtərəfli bəyannamənin imzalandığı gecə paytaxtda bir qrup vətəndaş həmin vaxt parlamentin sədri olmuş Ararat Mirzoyana hücum edərək, onu döyüb. Hüquq-mühafizə orqanları 4 ilə yaxındır ki, bu işi araşdırır.

Mirzoyanın dindirilməsinə qədər məhkəmə iclasları açıq olub, bugünkü iclasda dövlət ittihamçısı iclasın qapalı keçirilməsini istəyib. Sədrlik edən hakim Jora Çiçoyan vəsatəti təmin edib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri