Modern.az

Tramp seçkilərdə qalib gəlsə, TikTok-u “xilas edəcək”

Tramp seçkilərdə qalib gəlsə, TikTok-u “xilas edəcək”

Dünya

5 Sentyabr 2024, 17:38

Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp seçkilərdə qalib gələ bilsə, TikTok-u “xilas edəcəyinə” və amerikalıların bu sosial şəbəkəyə çıxışını təmin edəcəyinə söz verib.

Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki paylaşımında bildirib.

“TikTok-u ABŞ-da saxlamaq istəyən hər kəsə müraciət edirəm. Bu platformanı bəyənirsinizsə, Trampa səs verin. Əgər sizi TikTok və ya ölkəmizin təhlükəsizliyi maraqlandırmırsa, millətimizi məhv edəcək marksistləri dəstəkləyə bilərsiniz”, - Tramp bildirib.

O, rəqiblərinin ABŞ-da TikTok-u qadağan etmək niyyətində olduğunu da vurğulayıb. Tramp istifadəçi hesabının 11 milyona yaxın izləyicisi olan bu platformada “böyük ulduza” çevrildiyini xatırladıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza