Modern.az

"Ukrayna Kurska hücum zamanı çox şey əldə edib"

"Ukrayna Kurska hücum zamanı çox şey əldə edib"

Dünya

6 Sentyabr 2024, 08:31

Ukrayna Kursk bölgəsindəki hücum zamanı çox şey əldə edib.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Osloya səfəri zamanı bildirib.

 

O qeyd edib ki, vəziyyətin bundan sonra necə inkişaf edəcəyini söyləmək çətindir.

 

"Yalnız ukraynalılar öz qüvvələrini hara yerləşdirmək və bu vəziyyətdə hansı növ müharibənin uyğun olması kimi çətin seçimləri edə bilər", - Stoltenberq qeyd edib.

 

NATO-nun baş katibi vurğulayıb ki, Ukraynanın özünümüdafiə hüququ var, o cümlədən Rusiya ərazisindəki hərbi hədəflərə çata bilən uzaqmənzilli raketlərin köməyi ilə bu hüquqa malikdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri