Modern.az

Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran komissiyanın rəyi hazırdır

Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran komissiyanın rəyi hazırdır

Dünya

6 Sentyabr 2024, 10:12

Ermənistanda 44 günlük müharibəni araşdırmaq üzrə parlament komissiyasının rəyi artıq hazırdır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu deputat Andranik Koçaryan açıqlayıb.

 

"Bu, Ermənistanın məğlubiyyətinin səbəblərini göstərir", - o qeyd edib.

 

Oktyabrda deputat komissiyanın hesabatının təqdim olunacağı qapalı iclas keçirmək üçün parlament sədrinə məktub göndərmək niyyətindədir.

 

İctimaiyyətə gəlincə, bir neçə yüz səhifəlik hesabatdan yalnız çıxarışlar - məxfi məlumatları ehtiva etdiyi üçün - onların ixtiyarına veriləcək.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza