Modern.az

Pentaqon Ukraynaya yeni yardım paketi verəcək

Pentaqon Ukraynaya yeni yardım paketi verəcək

Dünya

6 Sentyabr 2024, 13:52

Amerika administrasiyası yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.

 

Modern.az xəbər verir ki,  bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin məlumat yayıb. 

 

Pentaqon rəhbəri müvafiq bəyanatla Ukrayna üzrə müqavilə qrupunun iclasında çıxış edib. 

 

"ABŞ prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollar məbləğində əlavə təhlükəsizlik yardımı paketinin ayrıldığını elan edəcək”, - deyə hərbi idarənin rəhbəri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza