Modern.az

Almaniyaya gələn ukraynalılar işləməlidirlər - Şolts

Almaniyaya gələn ukraynalılar işləməlidirlər - Şolts

Dünya

8 Sentyabr 2024, 10:27

Almaniya kansleri Olaf Şolts Almaniyaya gələn ukraynalıları mümkün qədər tez işə getməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşri məlumat yayıb.

 

Onun sözlərinə görə, işlə təmin olunan ukraynalıların sayı 200 mindən çox artıb.

 

“Lakin bura daha bir neçə yüz min şəxs gəlib. Ona görə də onların işləməsini istəyirəm”, - kansler vurğulayıb.

 

Şolts işə qəbulda bürokratik əngəlləri aradan qaldırmağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza