Modern.az

İranda avtobus qəzası - Azı 55 nəfər yaralandı

İranda avtobus qəzası - Azı 55 nəfər yaralandı

Dünya

8 Sentyabr 2024, 18:24

İranın şimalında avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 55 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

 

Hadisə Rəzəvi Xorasan əyalətində Səbzevər-Nişapur yolunda qeydə alınıb.

 

Xəsarət alan 55 nəfərdən 5-nin vəziyyəti ağırdır.

 

Hadisə yerinə 4 təcili yardım maşını cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza