Modern.az

19 gündür axtarılan Narinin cəsədi tapıldı - 21 nəfər saxlanılıb

19 gündür axtarılan Narinin cəsədi tapıldı - 21 nəfər saxlanılıb

Dünya

8 Sentyabr 2024, 19:50

Türkiyənin Diyarbəkir vilayətində 19 gündür axtarılan 8 yaşlı Narin Güranın meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

 

Narinin cəsədi Tavşantəpə kəndi ərazisində aşkarlanıb.

 

“Təəssüf ki, Diyarbəkirin Bağlar bölgəsinin Tavşantepe kəndində itkin düşən qızımız Narinin cansız bədəni axtarış-xilasetmə qruplarımız tərəfindən tapılıb. Narin qızımıza Allahdan rəhmət, ailəsinə başsağlığı veririk”,- nazir yazıb.

 

Yerli mətbuat yazır ki, rezonans doğuran iş çərçivəsində 21 nəfər saxlanılıb. Saxlanılanlar arasında Narinin anası Yüksel Güran, atası Arif Güran və qardaşı da var.

 

Daha əvvəl hadisə ilə əlaqədar azyaşlının əmisi, Tavşantəpə kəndinin muxtarı Sami Güran həbs edilib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza