Modern.az

Məşhur aparıcı vəfat etdi

Məşhur aparıcı vəfat etdi

Dünya

8 Sentyabr 2024, 20:14

Tanınmış rusiyalı aparıcı Aleksandr Maslyakov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

O, 83 yaşında dünyasını dəyişib.

 

1964-cü ildən etibarən "Şən və hazırcavablar klubu" (KVN) televiziya verilişinin rəhbəri və aparıcısı olan Maslyakov 1942-ci ildə anadan olub.

 

O, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti, Rusiya Televiziya Akademiyası fondunun həqiqi üzvü (akademik) idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza