Modern.az

Ukraynada ölən mülki şəxslərin SAYI 

Ukraynada ölən mülki şəxslərin SAYI 

Dünya

9 Sentyabr 2024, 00:39

Avqust ayında Ukraynada gedən müharibə zamanı 8-i uşaq olmaqla 184 mülki şəxs həlak olub, 856 mülki şəxs isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin son hesabatında deyilir.

 

İtkilərin böyük əksəriyyəti Ukraynanın qanuni hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdə, yəni Rusiya ordusunun hədəfində olan ərazilərdə baş verib.

 

Ölən 184 nəfərdən 10-u , 856 yaralıdan isə 84-ü isə Rusiyanın işğal etdiyi ərazilərdə olub.

 

Qurbanların demək olar ki, hamısı raketlər, bombalar və artilleriya zərbələrindən ölüb, 2 nəfər isə mina qurbanı olub.

 

Ümumilikdə, BMT-nin hesablamalarına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 2022-ci il fevralın 24-dən indiyədək hərbi əməliyyatlar nəticəsində 11 743 ukraynalı mülki şəxs həlak olub, 24 614 ukraynalı mülki şəxs isə yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı