Modern.az

Rusiya Moldovaya yeni səfir təyin etdi

Rusiya Moldovaya yeni səfir təyin etdi

10 Sentyabr 2024, 13:32

Oleq Ozerov Rusiyanın Moldovadakı yeni səfiri təyin edilib.

Modern.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam verib.

O. Ozerov 2010-2017-ci illərdə Rusiyanı Səudiyyə Ərəbistanında təmsil edib, 2011-ci ildən isə Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi vəzifəsini tutub.

Rusiya Xarici işlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olan O. Ozerov həm də “Rusiya-Afrika” Tərəfdaşlıq Forumunun Katibliyinin rəhbəridir.

Qeyd edək ki, son illər rəsmi Kişineunun Rusiya-Ukrayna müharibəsinin yarada biləcəyi təhlükələrin qarşısını almaq üçün 2023-cü ildə hərbi büdcəsinin həcmini artırması, eləcə də ABŞ, NATO və Avropa İttifaqı ilə hərbi sahədə əməkdaşlığa dair müqavilələr imzalaması səbəbindən iki ölkə arasında münasibətlərin səviyyəsində geriləmə müşahidə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir