Modern.az

Özbəkistan Avrasiya İttifaqı ilə YAXINLAŞIR

Özbəkistan Avrasiya İttifaqı ilə YAXINLAŞIR

11 Sentyabr 2024, 12:16

Özbəkistan Avrasiya İqtisadi İttifaqının layihələrində daha fəal iştirak etmək niyyətindədir.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Özbəkistan Respublikasının Rusiyadakı səfiri Botirjon Əsədov bildirib.

 

O deyib ki, Daşkənd Aİİ ilə ticarətdə maneələrin və məhdudiyyətlərin aradan qaldırılmasında maraqlıdır, həmçinin Şimal-Cənub dəhlizinin inkişafı üzrə dialoqu davam etdirməyi planlaşdırır.

 

Son 3 ildə respublika Aİİ-nin sənaye proqramlarına qoşulmuş, ölkədə mindən çox birgə layihəyə start verilmiş, ittifaq ölkələri ilə ticarət dövriyyəsinin həcmi 60 faiz artmış olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir