Modern.az

Qəzzada İsrail helikopteri qəzaya uğradı

Qəzzada İsrail helikopteri qəzaya uğradı

Dünya

11 Sentyabr 2024, 11:52

İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. İnsident nəticəsində iki İsrail əsgərinin öldüyü, daha yeddi hərbçinin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması Fələstin ordusunun atəşi səbəbindən baş verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir