Modern.az

Zelenski Krımtatar soyqırımı abidəsinin açılışını edib

Zelenski Krımtatar soyqırımı abidəsinin açılışını edib

Dünya

11 Sentyabr 2024, 12:30

Ukrayna prezidenti Volodimir Zelenski birinci xanım Yelena Zelenskaya ilə birlikdə Libidskada Sülh meydanında Krımtatar xalqının soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni açıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, açılışda Xorvatiya və Latviyanın baş nazirləri və Litva prezidenti də iştirak edib.

 

Ukrayna lideri bildirib ki, bu abidə yaxınlarda totalitar sovet quruluşunun cinayətlərini törədən - öldürən, işgəncələr verən və məcburi deportasiya edən sovet təhlükəsizlik işçiləri üçün parkın olduğu yerdə açılıb.

 

Zelenski xatırladıb ki, 1944-cü ildə Sovet hakimiyyəti Krımda mütləq pislik - soyqırım və deportasiya törədib. Prezident vurğulayıb ki, Krımtatar xalqının soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı tiranların və diktatorların şübhəsiz ki, itirəcəkləri simvolu kimi çıxış edir.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir