Modern.az

Mirzoyan Hindistan XİN başçısının müavini ilə GÖRÜŞÜB

Mirzoyan Hindistan XİN başçısının müavini ilə GÖRÜŞÜB

11 Sentyabr 2024, 15:24

"Yerevan Dialogue" forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın xarici işlər nazirinin müavini Kirti Vardhan Sıxı qəbul edib.

 

Modern.az "News.am"a istinadən xəbər verir ki, bu barıdə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, həmsöhbətlər Ermənistan və Hindistan arasında ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir sıra sahələrdə inkişaf etdiyini məmnunluqla qeyd edərək, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün birgə səyləri davam etdirməyə hazır olduqlarını bildiriblər. Müxtəlif platformalar və formatlar üzrə qarşılıqlı fəaliyyətə də toxunulub.

 

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırlıq prosesi çərçivəsində aparılan son müzakirələri təqdim edib. Bütövlükdə regional sabitliyin təmin edilməsində maraqlı tərəflər üçün iqtisadi və nəqliyyat kommunikasiyalarının səmərəli fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir