BVF Ukraynaya 1,1 milyard dollar məbləğində yeni tranş ayıracaq.
Modern.az "Alman dalğası"na istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondu bu tranşı ona görə ayıracaq ki, Ukrayna ümumi məbləği 15,6 milyard dollar olan 4 illik maliyyə proqramının icrasının aralıq auditindən uğurla keçib.
Sentyabrın 4-dən 10-dək Ukrayna hakimiyyəti ilə Kiyevdə keçirilən danışıqlardan sonra BVF-nin Ukraynadakı missiyasının rəhbəri Qeyvin Qrey bildirib ki, “Ukrayna bütün kəmiyyət meyarlarını, eləcə də iyunun sonuna olan struktur göstəricilərini yerinə yetirib”.
Ukraynanın baş naziri Denis Şmıqal daha əvvəl bu danışıqları “mürəkkəb və çətin” adlandırmışdı.