Modern.az

Şimali Koreya Yapon dənizinə raket buraxıb

Şimali Koreya Yapon dənizinə raket buraxıb

Dünya

12 Sentyabr 2024, 12:32

Şimali Koreya Yapon dənizinə doğru raket atıb.

 

Modern.az AFP-yə istinadən xəbər verir ki, Cənubi Koreya, Yaponiya və ABŞ-ın nüvə məsələləri üzrə nümayəndələri birgə telefon danışığı zamanı Pxenyanın hərəkətlərini pisləyiblər.

 

Bu, KXDR-dən bir neçə qısa mənzilli ballistik raketlərin buraxılmasından bir neçə saat sonra baş verib. Amerika tərəfinin qeyd etdiyi kimi, raketlər səhər saat 07.10-da Pxenyan ərazisindən atılıb. Seul, Tokio və Vaşinqton Şimali Koreyanın hərəkətlərinin Koreya yarımadasında və ondan kənarda sülhə ciddi təhlükə olduğunu bildirib.

 

'Yonhap" xəbər agentliyi qeyd edir ki, Şimali Koreya avqustun 19-dan 29-a kimi ABŞ-Cənubi Koreyanın birgə keçirdiyi "Ulchi Freedom Shield" hərbi təliminə cavab olaraq Yapon dənizinə doğru raketlər atıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir