Modern.az

Rusiyanın 50 milyon dollarlıq qırıcısı vuruldu

Rusiyanın 50 milyon dollarlıq qırıcısı vuruldu

Dünya

12 Sentyabr 2024, 14:44

Ukrayna ordusu Qara dəniz üzərində Rusiyaya məxsus Su-30SM döyüş təyyarəsini vurub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

Açıqlamada qırıcının portativ (daşına bilən) hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi və  qısa müddət sonra axtarış-xilasetmə əməliyyatına başlandığı bildirilib.

 

Rusiya hərbi dairələrinə yaxın olan “Fighterbomber” teleqram kanalı hadisə bağlı məlumatı təsdiq edib.

 

Rusiya Müdafiə Nazirliyi vurulan Su-30SM ilə bağlı şərh verməyib. Qeyd edək ki, sözügedən qırıcının qiyməti 50 milyon dollara yaxındır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir