Modern.az

Papikyan çinli həmkarı ilə regionu müzakirə etdi

Papikyan çinli həmkarı ilə regionu müzakirə etdi

Dünya

12 Sentyabr 2024, 15:30

Ermənistanın müdafiə naziri Suren Papikyan Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin müdafiə naziri admiral Donq Jun ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində "yüksək səviyyəli əlaqələrin əhəmiyyətini" qeyd ediblər.

 

"Tərəflər, həmçinin hərbi əməkdaşlığın son illərdə, o cümlədən yeni sahələrdə mühüm irəliləyiş əldə etdiyini vurğulayıblar", - məlumatda deyilir.

 

Nazirlər Ermənistan-Çin əməkdaşlığını, o cümlədən iki ölkənin Silahlı Qüvvələri arasında yüksək səviyyəli təmasları daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

 

Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir