Modern.az

Qazaxıstanda elektromobillər üçün parkinq PULSUZ olacaq

Qazaxıstanda elektromobillər üçün parkinq PULSUZ olacaq

Dünya

12 Sentyabr 2024, 15:46

Qazaxıstanda elektrik avtomobilləri üçün pulsuz parkinqi nəzərdə tutan qanun sentyabrın 18-dən qüvvəyə minir.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.

 

Bununla belə, elektromobil sahibləri xüsusi reyestrdə qeydiyyatdan keçməlidirlər.

 

Belə ki, Almatı rəhbərliyi bildirib ki, elektrikli nəqliyyat vasitələrinin sahibləri təsdiqedici sənədi olduqda ictimai dayanacaqlardan pulsuz istifadə edə bilərlər.

 

Bunun üçün isə xüsusi reyestrdə qeydiyyatdan keçmək mütləqdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir