Modern.az

Ukraynada "Storm Shadow"lar az sayda qalıb

Ukraynada "Storm Shadow"lar az sayda qalıb

Dünya

13 Sentyabr 2024, 10:52

Kiyevdə “nisbətən az sayda” Britaniyanın “Storm Shadow” raketləri qalıb.

 

Modern.az xəbər verir ki, bunu "The Telegraph" yazıb.

 

Bu barədə nəşrə müdafiə mənbələri məlumat verib.

 

“Çoxu Krımda Rusiyaya qarşı döyüşmək üçün istifadə olunub”, - qəzet yazır.

 

Qeyd edək ki, ABŞ belə icazə verərsə, Ukrayna bu raketlərlə Rusiya ərazisini vurmağa başlaya bilər. Bu gün bunu Ağ Evdə Bayden və Britaniyanın baş naziri Stramer müzakirə edəcək.

 

Eyni zamanda, ABŞ belə bir icazə veriləcəyi təqdirdə “Putinin cavab tədbirləri görəcəyinə” inanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir