Modern.az

Bolqarıstanda hərbi təyyarə QƏZASI

Bolqarıstanda hərbi təyyarə QƏZASI

Dünya

13 Sentyabr 2024, 17:28

Bolqarıstana məxsus hərbi təyyarə Plovdiv şəhəri yaxınlığında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatına görə, L-39 ZA döyüş təlim təyyarəsi Plovdiv şəhərində yerləşən 3-cü aviasiya bazasında şənbə günü keçirilməsi planlaşdırılan aviasiya şousuna hazırlıq zamanı qəzaya uğrayıb.

 

Qəzanın təfərrüatları və ya itkilər barədə məlumat vermir. Hadisə nəticəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər görüldüyü bildirilir.

 

Bolqarıstan Müdafiə Nazirliyi aviasiya şousunun ləğv olunduğunu elan edib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir