Modern.az

Pezeşkianın BRICS sammitində iştirakı TƏSDİQLƏNDİ

Pezeşkianın BRICS sammitində iştirakı TƏSDİQLƏNDİ

Dünya

15 Sentyabr 2024, 13:48

İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu məlumatı BRICS Media Sammitində Rusiyadakı səfir Kazım Cəlali təsdiqləyib.

“İran İslam Respublikasının Prezidenti hörmətli cənab Pezeşkian Kazanda keçiriləcək sammitdə iştirak edəcək”, – o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İran liderinin sammitdə iştirakının diplomatik kanallarla təsdiqlənməsini gözlədikləri barədə sözlərinə şərh verərkən bildirib.

Qeyd edək ki, BRİCS sammiti bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Hazırda BRİCS-in doqquz üzvü var - Braziliya, Hindistan, Çin, Rusiya, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir