Modern.az

Şolts Özbəkistanda Mirziyoyevlə görüşdü

Şolts Özbəkistanda Mirziyoyevlə görüşdü

Dünya

15 Sentyabr 2024, 22:04

Almaniya kansleri Olaf Şolts Özbəkistanda səfərdədir.

 

Modern.az xəbər verir ki, o, Səmərqənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

 

Sentyabrın 15-16-da Olaf Şolts və Şavkat Mirziyoyev dar tərkibdə və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. 

 

Xarici siyasət qurumlarına Özbəkistan-Almaniya münasibətlərinin səviyyəsini yüksəltmək, regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparmaq tapşırılıb.

 

Tərəflər miqrasiya, nəqliyyat, iqlim dəyişikliyi, su ehtiyatlarından davamlı istifadə və mühüm faydalı qazıntılar sahəsində tərəfdaşlıq da daxil olmaqla səkkiz ikitərəfli sənəd imzalayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir