Modern.az

Trampa qarşı növbəti SUİ-QƏSD 

Trampa qarşı növbəti SUİ-QƏSD 

Dünya

15 Sentyabr 2024, 22:54

ABŞ-nin sabiq prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin məlumat verib.

 

"Prezident Tramp növbəti sui-qəsd cəhdindən sonra sağ-salamatdır. Onu öldürməyə çalışırlar. Onun qalib gəlməsinə mane olmaq üçün hər şeyi edəcəklər", - o, X-də yazıb. 

 

Xatırladaq ki, iyulda Donald Trampın mitinqi zamanı atəş açılıb. O, qulağından yaralanıb. 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir