Modern.az

Zelenski ABŞ-dən cavab gözləyir

Zelenski ABŞ-dən cavab gözləyir

Dünya

15 Sentyabr 2024, 23:23

Kiyev hələ də Rusiya ərazisindəki hədəflərə  ABŞ istehsalı uzaqmənzilli silahlarla zərbə endirmək üçün Vaşinqtondan icazə almayıb.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-nin jurnalisti Fareed Zakaria ilə müsahibəsində bildirib.

 

Zelenskinin sözlərinə görə, Ukrayna Rusiya hərbi bazalarına və hərbi aerodromlarına hücum etmək üçün belə silahlara ehtiyac duyur. Lakin Kiyev belə icazə gözləyir.

 

"İndi Rusiya 100 km, 150 km, 300-dən 500-ə qədər olan təyyarələrini geri çəkməyə başlayıb. Bizə daha çox icazə lazımdır", - Ukrayna prezidenti bildirib.

 

Ukraynanın artıq ABŞ-dən Rusiya ərazisinə uzaq məsafədən zərbələr endirmək üçün icazə alıb-almaması ilə bağlı suala Zelenski “Xeyr, hələ ki, yoxdur” cavabını verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir