Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Ankarada Fələstinin Qəzza zolağında hakim mövqeyi olan HƏMAS qruplaşmasının siyasi qanadının liderləri ilə görüşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasın gündəmində Qəzzada daimi atəşkəsin yaradılması və bölgəyə daha da çox humanitar yüklərin çatdırılması üçün atılacaq addımlar yer alıb.
Türkiyəli mənbənin sözlərinə görə, MİT bu münaqişədə mühüm rola malikdir və bütün aktorlarla, xüsusən də HƏMAS, İsrail, Misir, Qətər və ABŞ-ın yüksək rütbəli liderləri ilə diplomatik iş aparır.