Modern.az

Kreml Paşinyanla razılaşmır

Kreml Paşinyanla razılaşmır

Dünya

18 Sentyabr 2024, 13:37

Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkəsi üçün təhlükə adlandıran Ermənistanın baş naziri Nikola Paşinyanla qəti şəkildə razılaşmır.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

O, KTMT-dən heç bir təhlükənin olmadığını vurğulayıb.

 

“Biz cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Lakin biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”, - Kreml nümayəndəsi mətbuata açıqlamasında deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir