Modern.az

Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı

Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı

Dünya

18 Sentyabr 2024, 22:45

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, azı 450 nəfər yaralanıb.

 

“Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.

 

***

19:01

Livanda rabitə cihazlarında yenidən partlayışlar olub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, daha 100-ü xəsarət alıb.

 

Livan mediası yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.

 

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir