Modern.az

Gürcüstanın ixrac etdiyi əsas məhsullar və ixracat ölkələri - Azərbaycan neçəncidir?

Gürcüstanın ixrac etdiyi əsas məhsullar və ixracat ölkələri - Azərbaycan neçəncidir?

Dünya

19 Sentyabr 2024, 14:18

Yanvar-avqust aylarında Gürcüstanda istehsal olunan məhsulların ixracı 4,3% azalaraq 1,9 milyard dollar təşkil edib.

 

Modern.az xəbər verir ki, statistikaya görə, azalmanın əsas səbəbi azot gübrələri və elektrik enerjisinin ixracında azalma olaraq qalır.

 

2024-cü ilin yanvar-avqust aylarında Gürcüstanın əsas ixrac malları:

 

- Ferroərintilər – 219,3 milyon dollar, +90,8%;

- Təbii şərablar – 195,8 milyon dollar, +16%;

- Qiymətli metal filizləri və konsentratları – 147,9 milyon dollar, + 260,9%;

- Mineral sular – 112,2 milyon dollar, + 26,2%;

- Qazlı içkilər – 91,8 milyon dollar, + 22,4%;

- Azot gübrələri – 81 milyon dollar, -28,4%;

- Spirtli içkilər – 75,4 milyon dollar, + 22,4%;

- Xam və yarı emal olunmuş qızıl – 66,9 milyon dollar, + 15,9%;

- Maykalar və digər trikotaj məmulatları – 57,9 milyon dollar, +14,9%;

- Elektrik enerjisi – 51,7 milyon dollar, - 41,6%;

- Digər mallar – 725,2 milyon dollar, - 30,8%.

 

Rusiya Gürcüstan məhsullarının ən böyük ixrac bazarı olaraq qalır. 8 ay ərzində bu ölkənin ümumi ixracda payı 19,1% təşkil edib. Eyni zamanda, ən əhəmiyyətli artım ABŞ istiqamətində qeydə alınıb - 90%-dən çox.

 

Gürcüstanın ixracının əsas istiqamətləri:

 

- Rusiya – 375,6 milyon dollar, müqayisədə +3,2%;

- Türkiyə – 287,6 milyon dollar, +12,2%;

- Çin – 181,7 milyon dollar, -18,8%;

- Ermənistan – 101,2 milyon dollar, +2,7%;

- Azərbaycan – 86,5 milyon dollar, -11,5%;

- ABŞ – 86,2 milyon dollar, +90,2%;

- İsveçrə – 68,2 milyon dollar, +17,1%;

- Ukrayna – 56,2 milyon dollar, +24,8%;

- Bolqarıstan – 52,1 milyon dollar, -71,8%;

- Qazaxıstan – 50,9 milyon dollar, +9,9%.

 

Yanvar-avqust aylarında Gürcüstandan satılmış məhsulların ümumi həcminin 43,7%-i yerli ixracın payına düşüb. İxrac, o cümlədən təkrar ixrac hesabat dövründə 4,1 milyard dollara çatıb ki, bu da ötən illə müqayisədə 2,5% çoxdur. Ən böyük təkrar ixrac qrupu minik avtomobilləridir. Onlar əsasən Qırğızıstan, Qazaxıstan və Azərbaycana tədarük edilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir