Modern.az

Amerikada koronavirusun yeni ştammı yayılır

Amerikada koronavirusun yeni ştammı yayılır

Dünya

19 Sentyabr 2024, 21:48

COVID-19 virusunun dünyada yayılmağa başlayan XEC adlı yeni variantı artıq ABŞ ştatlarının yarısında qeydə alınıb.

 

Modern.az xəbər verir ki, 25 ştatda ştammın xarakterik mutasiyaları ilə ən azı bir yoluxma hadisəsi baş verib. Bəzi ştatlarda yoluxma 15-ə kimi yüksəlib. Tibb mütəxəssisləri daha əvvəl yayılmış ştammlardan fərqli olaraq bu variantla bağlı hələ ki, ciddi narahatlıq ifadə etməyiblər.

 

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri virusun yanvarın ortalarında pik həddə çatacağını proqnozlaşdırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir