Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kemal Kılıçdaroğlu İYİ Partiyanın sədri Müsavat Dervişoğlunu ziyarət edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentliyə eks-namizədin Dervişoğlu ilə görüşü İYİ Partiyanın qərargahında baş tutub.
Görüş Dervişoğluya sədr seçilməsi məqsədilə təbrik xarakteri daşıyıb. Toplantı bir saata yaxın davam edib. Kılıçdaroğlu Dervişoğludan görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını almamasını istəyib.
Kılıçdaroğlu və Dervişoğlu görüşdən sonra kameralar qarşısına keçiblər. İlk olaraq söz alan Kılıçdaroğlu Dervişoğlunu sədr seçilməsi münasibətilə təbrik etməyə gəldiyini bildirib. Kılıçdaroğlu görüşdə Türkiyənin məsələlərinə və iqtisadiyyatdakı problemlərə toxunduqlarını açıqlayıb.
Dervişoğlu Kılıçdaroğluya təşəkkür edib və jurnalistlərin suallarını qəbul etməyəcəklərini açıqlayıb: “Görüşümüzün spekulyasiya olunacaq heç bir tərəfi yoxdur. Bu kontekstdə demək istərdim ki, biz bəyanatımızı cənab Kılıçdaroğlu ilə birlikdə edəcəyik və media mənsublarından sual almayacağıq”.