Modern.az

Alimlər yeni qan qrupu kəşf ediblər - MAL adlanır

Alimlər yeni qan qrupu kəşf ediblər - MAL adlanır

20 Sentyabr 2024, 12:42

Britaniyalı alimlər molekulyar çatışmazlıq sayəsində insanlarda yeni qan qrupu sistemini müəyyən edə biliblər.



Modern.az xəbər verir ki, “Qan” jurnalında dərc olunan araşdırma nəticələrinə görə, 1972-ci ildə hamilə bir qadından qan nümunəsi götürülərkən həkimlər bu qanda o dövrdə bilinən bütün qırmızı qan hüceyrələrində mövcud olan səth molekulunun olmadığını müşahidə ediblər.

 

Britaniya alimləri 50 illik araşdırmalardan sonra molekulyar çatışmazlıq sayəsində insanlarda yeni qan qrupu sistemini müəyyən edə biliblər. Milli Səhiyyə Xidmətinin hematoloqu Luiz Tilli təxminən 20 illik araşdırmadan sonra bu uğura nail olduqlarını açıqlayıb: "Nəhayət, bu yeni qan qrupu sistemini təqdim etmək, nadir, lakin əhəmiyyətli xəstələrə ən yaxşı baxımın təmin edilməsində böyük bir uğurdur".

 

ABO və Rh sistemlərindən başqa qan qrupları var

 

Hamımıza tanış olan ABO qan qrupu sisteminə və Rh faktoruna (müsbət və ya mənfi olaraq bilinən hissə) əlavə olaraq, insanlar qan hüceyrələrini əhatə edən zülal və şəkərlərin müxtəlifliyi səbəbindən bir çox fərqli qan qrupu sistemlərinə malikdirlər.

 

Bədənimiz zərərli maddələri tanımaq və parçalamaq üçün bu antigen molekullarından istifadə edir. Qanköçürmə zamanı bu antigenlərin uyğunsuzluğu ciddi reaksiyalara və hətta ölümcül nəticələrə səbəb ola bilər.

 

Əsas qan qrupu sistemləri XX əsrin əvvəllərində aşkar edilib. Ancaq 2022-ci ildə müəyyən edilən Er qan sistemi kimi son illərdə kəşf edilən qan qrupları yalnız az sayda insana təsir göstərir. Yeni kəşf edilən MAL qan qrupu bu nadir sistemlərdən biridir.

 

MAL qan qrupu


Tilli və komandası 1972-ci ildə itkin AnWj antigeninin hamilə xəstənin qanının 99,9 faizində olduğunu aşkar ediblər. Bu antigen miyelin və limfosit zülallarında olduğu üçün tədqiqatçılar yeni kəşf edilən sistemə MAL qan qrupu adını veriblər.

 

MAL genlərinin hər iki nüsxəsində mutasiyaları olan şəxslər AnWj-mənfi qan qrupuna malikdirlər. Bu, hamilə xəstədə müşahidə edilən vəziyyətə bənzəyir. Alimlər bu nadir qan qrupu olan daha üç xəstəni müəyyən ediblər, lakin bu xəstələrdə heç bir mutasiya müşahidə olunmayıb. MAL zülalı hüceyrə membranlarının sabitliyini və hüceyrədaxili daşınmanın saxlanmasında mühüm rol oynayır.

 

Əvvəlki tədqiqatlar göstərib ki, AnWj antigeni doğuş zamanı mövcud deyil, doğuşdan qısa müddət sonra ortaya çıxır. Tədqiqata daxil edilən AnWj-mənfi xəstələr eyni mutasiyanı paylaşsalar da, onların hər hansı digər hüceyrə anormallığı və ya xəstəliyi ilə əlaqəsi olmayıb.

 

Artıq xəstələrin mənfi MAL qan qrupunun irsi, yoxsa supressiyaya görə olub-olmadığını yoxlamaq mümkün olacaq. Bu, bəzən başqa bir əsas tibbi problemin əlaməti ola bilər. Bu nadir qan qrupu xüsusiyyətləri xəstələrə dağıdıcı təsir göstərə bilər. Ancaq belə vəziyyətləri başa düşmək daha çox insanın həyatını xilas etmək üçün kritik bir addım olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi