Modern.az

Livanda partlayışlardan qorxaraq telefonları söndürürlər

Livanda partlayışlardan qorxaraq telefonları söndürürlər

Dünya

20 Sentyabr 2024, 11:06

Livan sakinləri ikinci partlayış dalğasından sonra yenilərinin təkrarlanacağından qorxaraq telefonları və digər rabitə vasitələrini söndürməyə başlayıb.

 

Modern.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, livanlılar hətta günəş panellərindən, monitorlardan, televizor və notbuklardan belə şübhələnir.

 

Qəzet qeyd edir ki, rabitə cihazlarının partlaması livanlıların gündəlik həyatını “çaxnaşma və zorakılıq səhnələrinə” çevirib. Kiberhücumlar səhiyyə sistemini ciddi şəkildə iflic edib, xəstəxanalar yaralılarla dolub.

 

Eyni zamanda, İsrail “Hizbullah” hərəkatı ilə müharibəyə daha ciddi hazırlaşmağa başlayıb. SAXAL diqqətini Qəzza sektorundan bu istiqamətə yönəldir. ABC telekanalı İsrailin Livan ərazisində rabitə vasitələrini partlatmaq üçün əməliyyatı 15 ildir planlaşdırdığını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir