Modern.az

Bu şəxslərə teleqram işlətmək qadağan edildi

Bu şəxslərə teleqram işlətmək qadağan edildi

Dünya

20 Sentyabr 2024, 15:40

Ukraynada dövlət orqanlarının əməkdaşlarına və silahlı qüvvələrin hərbi qulluqçularına “Telegram” mesencerindən rəsmi cihazlarda istifadə etmək qadağan olunub.

 

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

 

Şuradan bildiriblər ki, dövlət qulluqçularının, hərbçilərin, təhlükəsizlik və müdafiə sektoru işçilərinin, habelə mühüm infrastruktur sferası operatorlarının xidməti cihazlarında “Telegram”ın quraşdırılmasına və istifadəsinə qadağa qoyulub.

 

Kibertəhlükəsizlik üzrə milli koordinasiya mərkəzi bu qərarı mesencerin milli təhlükəsizliyə təhdid yarada biləcəyinə görə qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU