ABŞ-ın 45-ci prezidenti və Respublikaçılar Partiyasından Amerika liderliyinə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkidə uduzacağı təqdirdə 2028-ci ildə namizədliyini irəli sürməyəcəyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu il qalib gəlməsə, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə suala Tramp belə cavab verib:
“Xeyr”.
Respublikaçı namizəd noyabrın 5-də keçiriləcək prezident seçkilərinə toxunaraq, "ümid edirəm ki, uğur qazanacağıq" deyib.
Noyabrın 5-də keçirləcək prezident seçkilərindən Trampın əsas rəqibi Demokratlar Partiyasının namizədi Kamala Harrisdir.