İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei İran prezidentinin keçmiş birinci müavini və dövlət başçısı səlahiyyətlətini müvəqqəti icra etmiş Məhəmməd Muhbiri özünün müşaviri və köməkçisi təyin edib.
Modern.az xəbər verir ki, ayətullah Xamenei bununla bağlı müvafiq fərman imzalayıb.
Xatırladaq ki, Məhəmməd Muhbir mayın 19-da sabiq prezident İbrahim Rəisi helikopter qəzasında həlak olduqdan sonra onun səlahiyyətlərini 50 gün icra etmişdi.
Məsud Pezeşkianın prezident seçiləndən sonra Məhəmməd Muhbirin səlahiyyətinə xitam verilmişdi.