Modern.az

Paşinyan Ermənistanın silah tərəfdaşı ilə görüşdü

Paşinyan Ermənistanın silah tərəfdaşı ilə görüşdü

24 Sentyabr 2024, 10:52

BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Hindistanın baş naziri Narendra Modi ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Hindistanın baş nazirinin X şəbəkəsindəki mikrobloqunda bildirilib.

“Birləşmiş Millətlər Təşkilatının sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməkdən çox məmnunam”, - Hindistanın baş naziri yazıb.

Xatırladaq ki, Hindistan Ermənistanı silahlandıran ölkələrdən biridir. Son illər bu ölkədən Ermənistana xeyli hücum silahı satılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı